Prezident ona müraciət edən qadının kredit borcunu sildirdi
Ölçü:

Bakı sakini Səmayə Məmmədovanın prezident İlham Əliyevə müraciət edərək banka olan kreditinin silinməsini xahiş etməsindən sonra onun borc problemi həll edilib.

Koordinat.az xəbər verir ki, bu barədə FED.az-a «Bank of Baku»dan bildirilib. Bank bu problemin necə həll edildiyini müştərinin şəxsi məlumatı olduğuna görə açıqlamayıb. Amma maliyyə təşkilatının rəhbəri FED.az-a təsdiqləyib ki, hazırda S.Məmmədovanın «Bank of Baku»ya borcu yoxdur.

Xatırladaq ki, prezident İlham Əliyev dünən metronun  "28 May" stansiyası qarşısında qarşısında sakinlərlə görüşərkən paytaxt sakini Səmayə Məmmədova ona yaxınlaşaraq şəxsi probleminin həllinə kömək göstərilməsini xahiş etmişdi. Prezident isə öz növbəsində Bakı sakini Səmayə Məmmədovanın banka olan kreditinin silinməsinə köməklik edəcəyini söyləmişdi.
20.11.2019 17:49:00
Oxuma sayı: 26