Büdcə təşkilatları  işığa çox pul xərcləyir
Ölçü:

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda dövlət büdcəsindən maliyyələşdirilən idarə, müəssisə və təşkilatlar tərəfindən 1 670,6 mln. kVt-saat (150,3 mln. manatlıq) elektrik enerjisindən istifadə edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,2% çoxdur.

Koordinat.az
xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında bildirilir. Məlumata görə, ötən dövr dövlət büdcəsindən maliyyələşdirilən idarə, müəssisə və təşkilatlar tərəfindən 104,6 mln. kubmetr (20,9 mln. manatlıq) təbii qazdan, 18,1 mln. kubmetr (17,7 mln. manatlıq) sudan istifadə edilib.

Məlumata əsasən, ötən ilin müvafiq dövri ilə müqayisədə su istehlakı 5,8%, təbii qaz istehlakı isə 4,3% artıb.
20.11.2019 16:56:00
Oxuma sayı: 20