Azərbaycan neft ixracını 3,5 faiz azaldıb
Ölçü:


Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 23,4 mln. tona yaxın neft ixrac edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3,5% azdır.

Dövlət Statistika Komitəsindən Koordinat.az-a verilən məlumata görə, hesabat dövründə ölkədən ixrac edilən neftin dəyəri 10,56 mlrd. ABŞ dolları təşkil edib ki, bu göstərici ötən müvafiq dövrü ilə müqayisədə 12,1% azalıb.

Qeyd edək ki, sözügedən göstəricilər SOCAR-ın və Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ) məlumatlarına əsasən dərc edilib.
20.11.2019 16:32:00
Oxuma sayı: 23