Pensiyaların orta məbləği 240,6 manata çatıb
Ölçü:


2019-cu il oktyabrın 1-i vəziyyətinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunda 1282 min nəfər pensiyaçı qeydiyyatdadır. Onların 58,2 faizi yaşa, 30,2 faizi əlilliyə, 11,6 faizi isə ailə başçısını itirməyə görə pensiya alır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Koordinat.az-a verilən məlumata görə, bu, ölkə əhalisinin 12,8 faizini təşkil edir. Təyin olunmuş aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,9 faiz artaraq 240,6 manat təşkil edib və orta aylıq əmək haqqının 39,9 faizinə bərabər olub.

Cari ilin yanvar-sentyabr aylarında pensiya və müavinətlərin maliyyələşdirilməsinə yönəldilmiş vəsaitin məbləği ötən ilin müvafiq dövrünə nisbətən 3,2 faiz artırılaraq 2788,5 milyon manata çatdırılıb. Vəsaitin 97,6 faizini pensiya xərcləri təşkil edib”.

Rəsmi məlumata görə, 2018-ci il üzrə orta aylıq nominal əmək haqqının illik artım tempinə uyğun olaraq 2019-cu ilin 1 yanvar tarixinə bütün növ əmək pensiyalarının sığorta hissəsi indeksləşdirilərək artırılıb:

“Əmək pensiyasının minimum məbləği 2019-cu il 1 mart tarixindən 160 manat, 2019-cu il 1 oktyabr tarixindən isə 200 manat müəyyən olunub”.

 

20.11.2019 15:43:00
Oxuma sayı: 25