Putindən ABŞ-ın sanksiyalarından təşvişə düşüb
Ölçü:

Rusiya prezidenti Vladimir Putin 2014-cü ildə Ukrayna böhranına görə Qərbin ilk sanksiyalarını işə salmasından təşvişə düşdüyünü etiraf edib.

Koordinat.az xəbər verir ki, o bu barədə “Rusiya çağırır!” investisiya forumunda çıxışı zamanı deyib. O, milli maraqların və təhlükəsizliyin önəmli olduğu sahələrdə idxaldan asılılığın azaldıldığını söyləyib.

“Bu sanksiyaların ilk dalğası açıq deyim, məndə müəyyən təşviş yaratmışdı”- deyə Putin etiraf edib.

Bununla belə, Rusiya lideri idxaldan asılılıq sahəsində ciddi uğurlar əldə etdiklərini də vurğulayıb.
20.11.2019 15:54:00
Oxuma sayı: 200