Baş Prokurorluq AQTA-nın vəzifəli şəxsləri ilə bağlı araşdırma aparmayıb - RƏSMİ
Ölçü:


Baş Prokurorluq Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) vəzifəli şəxsləri ilə bağlı araşdırma aparılması barədə məlumatların doğru olmadığını bildirir.

Koordinat.az xəbər verir ki, Baş Prokurorluq bəzi kütləvi informasiya vasitələrində Agentliyin Gəncə regional bölməsinin rəisi Hüseyn Abdullazadənin, Gəncə regional bölməsinin Heyvan sağlamlığı və baytarlıq nəzarəti sektorunun müdiri Kamran Əzizovun, Lənkəran regional bölməsinin rəisi Əlimuxtar Bağırovun, Lənkəran regional bölməsinin Bitki sağlamlığı və fitosanitar nəzarəti sektorunun böyük məsləhətçisi Habil İsmayılovun barələrində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində guya araşdırmalar aparılması ilə bağlı məlumatları təkzib edib.

Məlumatda həmin informasiyalar həqiqəti əks etdirmədiyindən təkzib edilir, eyni zamanda bildirilir ki, adları qeyd edilən şəxslərlə bağlı Qida Təhlükəsizliyi Agentliyindən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə hər hansı material daxil olmayıb və həmin şəxslər barəsində Baş İdarədə araşdırma aparılmayıb.

Kütləvi informasiya vasitələrinin nümayəndələrindən bir daha xahiş edilir ki, həqiqətə uyğun olmayan məlumatların yayılmaması və bu kimi halların gələcəkdə təkrarlanmaması məqsədilə həmin məlumatları dərc etməzdən əvvəl informasiyanın düzgünlüyünü Baş Prokurorluğun Mətbuat xidməti ilə dəqiqləşdirsinlər.
20.11.2019 14:58:00
Oxuma sayı: 26