Əhalinin banklarda 8 milyon 605,3 min manat pulu var
Ölçü:

2019-cu il oktyabr ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 14211,3 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsindən (DSK) Koordinat.az-a verilən məlumata görə, onun 11563,1 milyon manatı uzunmüddətli kreditlər olub: “Ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 10,2 faizini təşkil edib”.

Rəsmi məlumata görə, əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği 2019-cu il oktyabr ayının 1-nə 8605,3 milyon manat təşkil edib.

20.11.2019 14:26:00
Oxuma sayı: 20