Azərbaycan alimləri Aşqabadda mühüm görüşlərdə iştirak edib - FOTOLAR
Ölçü:

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fəlsəfə İnstitutunun nümayəndə heyəti Türkmənistanın paytaxtı Aşqabadda mühüm görüşlərdə iştirak edib.

Koordinat.az xəbər verir ki, Türkmənistan Təhsil Nazirliyinin İdman və Gənclər Nazirliyi ilə birgə təşkil etdiyi “Müstəqillik dövründə təhsil və idman” mövzusunda beynəlxalq elmi konfransda Azərbaycan alimləri xüsusi fəallığı ilə seçilib. Belə ki,AMEA Fəlsəfə İnstitutunun Davamlı inkişafın fəlsəfəsi şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru, professor Sakit Hüseynovun “Böyük İpək Yolunun bərpasında Azərbaycan və Türkmənistanın iştirakının perspektivlərinin təhlili” adlı məruzəsi konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb. Professor öz çıxışında Böyük İpək Yolunun bərpası ilə bağlı Azərbaycan və Türkmənistanda həyata keçirilən mühüm tədbirlərdən danışarkən davamlı inkişaf konteksində iki ölkənin tərəfdaşlığını sosial-fəlsəfi aspektlərini təhlil edir. O, eyni zamanda son illərdə iki ölkə arasında sosial-iqtisadi, siyasi, elmi-mədəni əlaqələrin genişləndirilməsində ölkə başcıları – İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədovun mühüm rol oynadıqlarını xüsusi vurğulayıb.

Professor Sakit Hüseynov Aşqabada iki günlük elmi ezamiyyə çərçivəsində Türkmənistan Beynəlxalq Münasibətlər İnstitutunun nəzdində fəaliyyət göstərən yeni yaradılmış “Davamlı İnkişafın Tədqiqi Mərkəzi”ndə də olub. Burada təşkil olunan görüşdə  bu Mərkəzdə hər iki ölkədə 2030-cu ilə qədər həyata keçirilməsi nəzərdə tutulan Davamlı İnkişaf Məqsədləri müzakirə edilib.
19.11.2019 13:50:00
Oxuma sayı: 317