Bu bankın kredit portfelinin yarıya qədəri vaxtı keçmiş kreditlərdir
Ölçü:

“Günaybank”ın problemli kreditlərinin məbləği məlum olub.

Koordinat.az
xəbər verir ki, “Günaybank”ın vaxtı keşmiş kreditlərinin məbləği  73 milyon 935 min manatdır. Bu göstərici kredit portfelinin 45,7%-i deməkdir.

Bankın ümumi kredit portfelinin həcmi 161 milyon 703 min manatdır. Bank ən çox krediti  tikinti sahəsinə verib. “Günaybank” adı qeyd edilən sahəyə 109 milyon 552 min manat kredit verib. Bankın ikinci ən çox kredit ayırdığı sahə fiziki şəxslərə verilən kreditlər olub. Belə ki, bank bu sahəyə 36 milyon 628 min manat kredit ayırıb.

Bankın regionlar üzrə kredit bölgüsünə gəldikdə isə ən çox kredit Bakıdan sonra Abşeron rayonunda verilib 6 milyon 580 min manat.  Abşeron rayonundan sonra Bank həmçinin Sumqayıtda da çox kredit verib. Belə ki, bu şəhərdə 5 milyon 003 min manat kredit verilib.

Bank ən çox krediti Bakıda verib - 149 milyon 967 min manat . Elə ən çox vaxtı keçmiş kreditlər də Bakıdadır. Belə ki, bankın  paytaxtda verdiyi 73 milyon 935 min manatlıq kreditin  73 milyon 899 min manataının və ya 99,95% -nin  vaxtı keçib.

19.11.2019 10:27:00
Oxuma sayı: 60