Rusiya Qarabağ sevdasından geri çəkilir?
Ölçü:


Azərbaycan üçün çox önəmli olan dönüş başlayıb. SSRİ-nin dağılmasında əsas rol oynamış Qarabağ münaqişəsinin Rusiyanı da məhv edə biləcəyi artıq ruslara da əyan olub.

Koordinat.az xəbər verir ki, Plexanov adına Rusiya İqtisad Universitetinin dosenti, siyasət elmlər namizədi Aleksandr Nikolayeviç Perenciyev  Rusiyanın nüfuzlu qəzetlərindən biri olan “Nezavisimaya qazeta”da yazdığı  “Qarabağ yanğını çağdaş Rusiya üçün dərs olmalıdır” adlı məqaləsində bu məqamlara toxunub.

Məqalədə keçmiş SSRİ-nin Qarabağ münaqişəsi üzündən dağıldığı bildirilir: “O vaxtında söndürülmədi və bütün Sovet İttifaqı üzrə təxribat fəaliyyəti üçün ideal model oldu, nəticədə, bu, nəhəng dövlətin iflasına gətirib çıxardı”.

Aleksandr Perenciyev münaqişənin keçmiş SSRİ-nin birinci və sonuncu prezidenti olmuş Mixail Qorbaçovun ətrafına yığılmış bir qrup tərəfindən qızışdırıldığını bildirir: “Münaqişə sovet hakim elitasının bir sıra nümayəndələrinin  və ölkənin zəifləməsində maraqlı olan qərb qüvvələrinin fəal iştirakı ilə yaradılıb və bəslənib”.
İrəvanda Qarabağ uğrunda mitiqlər - fevral 1988-ci il

Müəllif Dağlıq Qarabağda etiraz üçün heç bir əsas olmadığını bildirir: “Dağlıq Qarabağda həyat səviyyəsi Azərbaycanın və Ermənistanın qonşu rayonlarına baxanda yetərincə yüksək idi. Amma millətçi fəallar gözəl şüarlar irəli sürərək, insanları qan və yoxsulluğa sürüklədiklərindən narahat deyildilər. Çox vaxt olur ki, etirazı başqalarından yaxşı yaşayanlar edirlər. Sonra da əllərində  olan hər şeyi itirirlər. Qarabağda da belə oldu – indi muxtar respublikada orta hesabla Azərbaycandan və Ermənistandan xeyli kasıb yaşayırlar”.

“Nezavisimaya qazeta” açıqca göstərir ki, Qarabağ ermənilərinin bu vəziyyətə düşməsində Ermənistanın tanınmış adamları – müəllimləri, jurnalistlər, alimlər və hətta akademiklər günahkardır: “Onlar özlərindən çıxdılar və bu, bir ildən sonra  qanlı və vəhşi hadisələrə səbəb oldu”.

Məqalədə Ermənistan Dövlət Plan Komitəsinin əməkdaşı,  iqtisad institunun elmi işçisi İqor Muradyanın o vaxt Dağlıq Qarabağın Ermənistana birləşdirməsini nəzərdə tutan “Qarabağ” komitəsinə rəhbərlik etməsi yada salınır. İndi erməniləri “Rusiyanın qulları” adlandıran İqor Muradyan 2000-ci illərdə Tomas de Vaala verdiyi müsahəbsində bildirib ki, Qarabağda yaşyan azərbaycanlıların taleyi onları heç zaman narahat etməyib: “Onların taleyi onda bizi maraqlandırmırdı və indi də maraqlandırmır”.

Məqalə müəllifi Aleksandr Perenciyev bundan çox önəmli saydığı bir nəticə çıxarır: “Ölkəni etirazlarla dağıtmağa başlayanlar əvvəlcə özlərini vətənpərvər kimi göstərirlər. Amma zaman göstərir ki, onlar əvvəl başdan satqın olublar”.
Madrid prinsiplərinə əsasən Azərbaycanın işğal olumuş ərazilərinin mərhələli şəkildə azad olunması

Madrid prinsiplərinə əsasən Azərbaycanın işğal olumuş ərazilərinin mərhələli şəkildə azad olunması

Bu məqalə Azərbaycan çox önəmlidir. İndiyə kimi azərbaycanlılar bu faktları deyirdilər, amma Moskvada bunu eşitmək istəmirdilər. O vaxt Mixail Qorbaçev Qarabağda hay-küy salan erməniləri cəzalandırmaq əvəzinə vilayətdə xüsusi rejim yaratdı və ermənipərəst Arkadi Volskini bu rejimə rəhbər göndərdi. 1988-1990-cı illərdə Dağlıq Qarabağa rəhbərlik etmiş Arkadi Volski erməni silahlı birləşmələrinin yaradılmasına xüsusi şərait yaradıb. O hətta kluar söhbətlərində erməni silahlıların dincə əhalini qırmasında əsas günahı Azərbaycanda görüb, yəni Azərbaycan Dağlıq Qarabağı Ermənistana versəydi bu qırğınlar da olmazdı.

Dağlıq Qarabağ münaqişəsi SSRİ-ni dağıtdı və rusları dünyanın iki supergücündən biri olmaq imkanından  məhrum etdi, Rusiya regional gücə çevrildi. Bu, Moskvanı “erməni sevgisindən” çəkindirə bilmədi. Həm Birinci Qarabağ müharibəsində, həm də Aprel döyüşlərində Rusiya Ermənistan əsas havadarı kimi çıxış etdi, döyüşlərdə ermənilərə həm maddi, həm də canlı qüvvə ilə dəstək verdi. Dağlıq Qarabağ münaqişəsinin Rusiyanın çoxsaylı muxtar qurumları üçün pis örnək olacağını belə qulaq ardına vurdular. Bütün Rusiya mətbuatı bu 30 il ərzində ermənilərin xeyrinə yalanlar dərc etməkdə davam etdi.

Amma indi, göründüyü kimi, Rusiyada alternativ düşünənlər var və bu cür presedentlərin ölkələrini hansı fəlakətlərə sürükləyə biləcəyini anlayırlar.  Rusiyanın nüfuzlu qəzetində “Qarabağ yanğını çağdaş Rusiya üçün dərs olmalıdır” adlı məqalənin dərc olunması da bundan xəbər verir.

26.04.2017 13:42:00
Oxuma sayı: 539