Gürcüestan müxalifəti hökumətin təklifini rədd etdi - Tbilisidə gərginlik artır
Ölçü:

Gürcüstanın paytaxtı Tbilisidə davam edən etiraz aksiyaları pik həddə çatıb.

Koordinat.az xəbər verir ki, Gürcüstan mətbuatının yaydığ məlumata görə, Tbilisidə Gürcüstanın hökumət administrasiyasının, eləcə də etirazlar aksiyalarının keçirildiyi parlament binasının yaxınlığında yerləşən Çitadze küçəsinə xüsusi təyinatlı polis dəstələri cəmlənib. Polis əməkdaşları zirehli geyim və qalxanla təchiz edilib. Bundan bir qədər əvvəl isə Daxili İşlər Nazirliyi İctimai Televiziya vasitəsilə məlumat yayaraq parlament binasının ətrafından dağılmaları üçün etirazçılara 30 dəqiqə vaxt vermişdi.

Müxalifət hökumətin bu xəbərdarlığına məhəl qoymadan etirazlarını davam etdirib.
Bundan sonra təhlükəsizlik qüvvələri əvvəlcə parlamentin arxa girişini etirazçılardan təmizləyib. Hazırda Tbilisidə vəziyyət gərgindir. Aksiya iştirakçıları ilə polis arasında qarşıdurma yaranıb.

Qeyd edək ki, Gürcüstan Daxili İşlər Nazirliyi etiraz aksiyasının artıq qanunsuz hal aldığını bildirib və etirazçıları parlamentin işinə mane olmamağa çağırıb. Qurumun bəyanatında parlamentin bloklanmasının davam edəcəyi təqdirdə polisin qanunla müəyyən edilmiş səlahiyyətləri çərçivəsində adekvat reaksiya veriləcəyi qeyd edilib.

18.11.2019 17:07:00
Oxuma sayı: 223