İranda iğtişaşlar davam edir
Ölçü:


İranda benzinin bahalaşması ilə əlaqədar baş verən iğtişaşlar hələ də davam edir. Bununla belə, ötən günlə müqayisədə bu gün etirazlar bir qədər səngiyib.

Koordinat.az
-ın məlumatına görə, bunu İran hökumətinin sözçüsü Əli Rəbii mətbuat konfransında deyib. Onun sözlərinə görə, bir sıra cüzi məsələlər qalıb ki, onlar da bir-iki günə tam həllini tapacaq: “Benzinin qiymətinin bahalaşmasından sonra öz məişət durumundan nigaran olan İran vətəndaşları haqlı olaraq dinc etirazlar ediblər. Amma bəziləri bu vəziyyətdən sui-istifadə edərək bankları və yanacaq doldurma məntəqələrini yandırıb, qaz və digər infrastrukturlara ziyan vurublar”.

Ə.Rəbii vurğulayıb ki, hökumət İran xalqının etiraz haqqını tanıyır. Lakin iğtişaş törətməklə bahalaşmaya etiraz edənlərin əksəriyyəti xalqın nümayəndələri deyil: "Xalqla iğtişaşçılar arasında fərq var".
18.11.2019 16:54:00
Oxuma sayı: 24