Alman polisi Əlövsət Əliyevi həbs edib
Ölçü:

Almaniyada fəaliyyət göstərən "Legat" İnteqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyevin barəsində həbs-qətimkan tədbiri seçilib.

Koordinat.az
xəbər verir ki, bu barədə yayılan məlumatı Əlövsət Əliyevin oğlu Türkel Rüstəmxanlı da təsdiqləyib. O, bildirib ki, atasının hüquqlarını iki vəkil müdafiə edir: “Onlardan biri dövlət tərəfindən tutulub, digəri isə atamın tanıdığı hüquqşünas  Erich Althammerdir. Bu gün axşam saatlarında vəkil yenidən atamla görüşəcək”.

Türkel Rüstəmxanlı deyib ki, atası vəkili ilə görüşündə qanunazidd əməl törətmədiyini söyləyib: “Atam çərşənbə günü Berlinə gedərkən saxlanılıb. Onun saxlanma səbəbi və ona qarşı ittihamlar barədə isə məlumat yoxdur. Hazırda onun barəsində həbs-qətimkan tədbiri seçilib. Amma irəli sürülən ittiham aktı bizə məlum deyil. Prokurorluq ittiham aktını yaymayıb. Bütün araşdırmalara ittiham aktı ilə tanış olduqdan sonra başlanacaq. Biz ttiham aktı ilə tanış olmadan heç bir söz deyə bilmərik. Çünki ona qarşı hansı ittihamlar irəli sürüldüyünü bilmirik. İki gün sonra ittiham aktı ilə tanış olduqdan sonra mətbuata geniş açıqlama veriləcək. Bizdə olan məlumatda yalnız göstərilib ki, Əlövsət Əliyev saxlanılsın və iş yerində araşdırma aparılsın. Hələlik başqa bir şey yoxdur”.

Qeyd edək ki, Almaniya polisi ölkənin Nidersaksen, Şlezviq-Holşteyn, Bremen, Şimali Reyn Vestfaliya, Bradenburq və Reynland-Pfalts əyalətlərində 38-dən çox ev və iş yerlərində yoxlama aparıb, miqrant alveri ilə məşğul olan azərbaycanlılardan ibarət dəstə saxlanılıb. Onların arasında azərbaycanlı Əlövsət Əliyev də var.

18.11.2019 16:40:00
Oxuma sayı: 31