Prezident Vasif Talıbovu qəbul etdi
Ölçü:


Prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib.

Koordinat.az xəbər verir ki, Naxçıvanın inkişafının daim diqqət mərkəzində olduğunu bildirən prezident Muxtar Respublikada aparılan abadlıq-quruculuq işlərindən tazılığını ifadə edib: "Naxçıvan son illər ərzində böyük dərəcədə inkişaf etmişdir, həm sosial sahədə, iqtisadi sahədə, sənaye potensialının möhkəmləndirilməsi istiqamətində böyük addımlar atılmışdır. Bu, çox sevindiricidir. Xüsusilə nəzərə alsaq ki, Naxçıvan uzun illər ərzində mühasirə şəraitində yaşayır, üç tərəfdən düşmənlə əhatə olunub. Buna baxmayaraq, respublika yaşayır, güclənir və böyük inkişaf yolunu davam etdirir.

Çətin coğrafi vəziyyəti nəzərə alaraq, ilk növbədə, Naxçıvanda təhlükəsizlik tədbirləri diqqət mərkəzindədir. Son illər ərzində bu istiqamətdə böyük işlər görülüb, ordu quruculuğu sahəsində böyük inkişaf var. Bu gün Naxçıvan ordusu ən müasir silahlarla təchiz edilib, texnikanın alınması təşkil olunub və bu proses davam etdirilir".

Vasif Talıbov isə düşmənlə sərhəddə olan vəziyyət, Naxçıvanın hərbi potensialın möhkəmləndirilməsi üçün görülən işlər barədə prezidentə məlumat verib.

Qəbulda prezident İlham Əliyev Naxçıcıvan Ali Məclisinin sədrinin müvafiq tapşırıqlarını verib
18.11.2019 15:50:00
Oxuma sayı: 28