Azərbaycanda istilik xidmətləri bahalaşmayacaq - RƏSMİ
Ölçü:

“Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti ilə “Azəriqaz” İstehsalat Birliyi arasında yaşanan borc qalmaqalı istilik tariflərinə yenidən baxılmasını gündəmə gətirib.

Koordinat.az
xəbər verir ki, “Azəristiliktəchizat” ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev istilik xidmətləri üzrə tariflərin aşağı olmasından şikayətlənib. O, qeyd edib ki, son illər ərzində qaz, su, elektrik tarifləri bahalaşsa da, istilik tarifləri dəyişməz olaraq qalıb: “Ümumilikdə “Azəristliktəchizat” ASC istilik tariflərinə baxılması üçün Tarif Şurasına müraciət etmir. Biz dövri olaraq Tarif Şurasına hesabatları təqdim edirik, tariflərlə bağlı qərarı onlar özləri verirlər”.

Tarif Şurasının mətbuat xidmətinin rəhbəri Abbas Əliyev isə Modern.az-a bildirib ki, hazırda istilik tariflərinə baxılması müzakirə edilmir: “Azəristiliktəchizat ASC tərəfindən tariflərlə bağlı müraciət daxil olmayıb”.

Qeyd edək ki, hazırda əhali qrupu üçün aylıq istilik tarifləri 1 kvadratmetr yaşayış sahəsi 0,15 manat, qeyri-əhali üçün 1 kubmetr isidilən həcm 0,25  manatdır.

 
18.11.2019 14:57:00
Oxuma sayı: 27