İrandakı iğtişaşlar zamanı bir neçə polis öldürülüb
Ölçü:


İranda baş vermiş iğtişaşlar zamanı təhlükəsizlik qüvvələrinin bir neçə əməkdaşı həlak olub.

Koordinat.az xəbər verir ki, bu barədə İran hökumətinin sözçüsü Əli Rabii bildirib. O, qeyd edib ki, son günlər ölkədə baş vermiş iğtişaşlar zamanı təhlükəsizlik qüvvələrinin bir neçə əməkdaşına hücum edilib, onlar işgəncə verilməklə öldürülüb.

Xatırladaq ki, noyabrın 15-də gecə İranda davam edən iqtisadi böhranla əlaqədar benzin üçün norma tətbiq edilib, qiyməti qaldırılıb. Hökumətin qərarına əsasən, dövlət benzin kartına malik şəxslər ay ərzində bir litri 12 avrosent ekvivalentinə bərabər olmaqla, 60 litrə qədər benzin ala bilər. Daha böyük həcmdə benzin almaq istəyənlər benzinin keyfiyyətindən asılı olaraq hər litr üçün 24 avrosentdən 30 avrosentə qədər ödəməlidirlər. Bu, indiyə qədər olan qiymətlərdən faktiki 3 dəfəyə bahadır.
18.11.2019 14:27:00
Oxuma sayı: 27