Vilayət Eyvazov İnterpolun Milli Mərkəzi Bürosuna rəis təyin edib
Ölçü:


Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə polis polkovniki Əlaslan Ağayev Azərbaycanda İnterpolun Milli Mərkəzi Bürosunun rəisi təyin edilib.

Koordinat.az-a bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilir ki, noyabrın 16-da nazir Vilayət Eyvazov İnterpolun Milli Mərkəzi Bürosuna gedərək polis polkovniki Ə.Ağayevi şəxsi heyətə təqdim edib, xidməti fəaliyyətin daha səmərəli və effektiv təmin edilməsi üçün tələb və tövsiyələrini verib.
16.11.2019 15:54:27
Oxuma sayı: 30