“Azərsu” sədri Mingəçevirdə vətəndaşları qəbul edib
Ölçü:


Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin noyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov noyabrın 15-də Mingəçevir şəhərində Mingəçevir və Yevlax şəhərlərindən olan sakinləri qəbul edib.
 
Koordinat.az-ın məlumatına görə, Mingəçevir şəhəri Heydər Əliyev Mərkəzində keçirilən qəbulda Mingəçevir şəhərindən və Yevlax rayonundan 36 vətəndaş iştirak edib.
 
Vətəndaşların müraciətləri əsasən, içməli su təchizatı və kanalizasiya xidmətləri,  işə qəbul və digər məsələlərlə bağlı olub. Hər bir vətəndaşı dinləyən “Azərsu” ASC-nin sədri müraciətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerində həll olunub, araşdırılmasına ehtiyac olan müraciətlər nəzarətə götürülüb.
 
Sakinlər bölgələrdə vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını dilə gətirərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
16.11.2019 13:32:09
Oxuma sayı: 36