Milli Kitabxanada geniş kitab sərgisi açılıb
Ölçü:


Bu gün Milli Kitabxanada “16 noyabr – Beynəlxalq Tolerantlıq günüdür” adlı geniş kitab sərgisi açılıb.

Koordinat.az Milli Kitabxanadan verilən məlumata görə, Beynəlxalq Tolerantlıq Günü 1995-ci ildə YUNESKO-nun 50 illiyi münasibətilə təsis edilib. Bu günün təsis edilməsində məqsəd qurumun da nizamnaməsində qeyd olunduğu kimi dünyada hamını bir-birinə dözümlülük nümayiş etdirərək mehriban qonşular kimi yaşamağa çağırışdır. Sivilizasiyaların qovuşduğu, şərq və qərb mədəniyyətlərinin çuğlaşdığı Azərbaycanda daim müxtəlifliyə, fərqliliyə hörmət, dilindən, dinindən , irqindən asılı olmayaraq bütün insanlara eyni isti münasibət, eyni rəğbət olub.

Prezident İlham Əliyevin sərəncamı ilə 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edilməsi ölkədə bütün xalqların qədimdən multikultural ənənələrin hakim olduğu mühitdə mehriban yaşadığını bir daha sübut edir.
Təqdim olunan bu sərgidə Azərbaycan və digər dillərdə kitab və dövri mətbuat materialları nümayiş olunur.

16.11.2019 11:35:55
Oxuma sayı: 29