Telejurnalist Ariz Tarverdiyev “AzerGold”a mətbuat katibi təyin olunub
Ölçü:



Tanınmış telejurnalist, aparıcı Ariz Tarverdiyev yeni vəzifəyə təyinat alıb.
 
Koordinat.az xəbər verir ki, jurnalist "AzerGold" QSC-nin mətbuat katibi təyin olunub. A.Tarverdiyevin sözlərinə görə, o, bir neçə gündür ki, vəzifəsinin icrasına başlayıb.
 
Qeyd edək ki, A.Tarverdiyev ATV-də müxbir, Xəbər informasiya proqramı və "ATV Aktual" ictimai-siyasi verilişinin aparıcısı olub.

16.11.2019 11:25:46
Oxuma sayı: 33