Ermənistan BMT-də Ukraynanın ərazi bütövlüyünə qarşı çıxdı
Ölçü:



BMT Baş Assambleyasının komitə iclasında Krımdakı situasiya müzakirə olunub.

Koordinat.az Rusiya KİV-nə istinadən xəbər verir ki, komitə “Krım Muxtar Respublikasında və Sevastopol şəhərində insan haqlarının vəziyyəti” adlı qətnaməni qəbul edib.

67 ölkə sənədin lehinə, 82-si bitərəf və 23 ölkə əlehinə səs verib.

“Sənədi Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Çin, Suriya, bir ısra Afrika və Cənubi Amerika ölkələri dəstəkləməyib”.

BMT Baş Assambleyası dekabrda sənədi təsdiqləyəcək.
15.11.2019 12:36:00
Oxuma sayı: 29