Azərbaycan jurnalistləri Yerevana gedir - siyahı gizli saxlanılır
Ölçü:

Noyabrın 17-də bir qrup erməni jurnalist Bakıya gələcək.

Koordinat.az
xəbər verir ki, bu barədə "Turan"a Riqada keçirilən "Şərq Tərəfdaşlığı Media Konfransı 2019”  tədbiri zamanı kuluarlarda məlum olub. “Yeni nəsil” jurnalistlər birliyinin sədri Arif Əliyev də xəbəri təsdiqləyib.

Erməni jurnalistlər bəzi dövlət qurumlarına baş çəkəcəklər və ekspertlərlə  görüşəcəklər. Jurnalistlər arasında səfər mübadiləsi  qarşılıqlı etimadın yaradılması üçün humanitar tədbirlər çərçivəsində dövlət başçıları səviyyəsindəki razılaşmalarda nəzərdə tutulub. Bundan əlavə, həmin tədbirlər çərçivəsində hərbi əsirlərin və həlak olanların cəsədlərinin qarşılıqlı təhvil verilməsi barədə razılaşma da olub.

Sosial şəbəkələrdə yayılan məlumatlara görə, Azərbaycan jurnalistləri Yerevana səfərə hazırlaşır. Belə ki, artıq təsdiq olunmuş məlumatlara görə, 17 noyabr tarixində bir qrup ermən i jurnalisti, Bakıya gələcək və eyni vaxtda eyni sayda jurnalist də Yerevana yola düşəcək. Məsələnin ən maraqlı tərəfi ondadır ki, hər iki tərəfdə səfərdə iştirak edəcək jurnalistlərin siyahısı çox gizli saxlanılır.

Xatırladaq ki, bundan əvvəl Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvada ATƏT-in Baş katibi Tomas Hermingerlə keçirdiyi brifinqdə Qarabağ münaqişəsi tərəflərinin “vəziyyəti bir az yumşaltmaq və etimad atmosferinin yaradılmasını dəstəkləmək üçün” jurnalistlərin qarşılıqlı səfərləri barədə razılıq əldə etdiklərini açıqlamışdı.

15.11.2019 10:55:00
Oxuma sayı: 46