Elmira Süleymanova istefa ərizəsi yazmayıb
Ölçü:

Bəzi KİV-lərində Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanovanın istefa ərizəsi yazdığı xəbəri yayılıb.

Koordinat.az xəbər verir ki, yayılan məlumatlarda Elmira Süleymanovanın artıq işə çıxmadığı da söylənilir. Bildirilir ki, ombudsman yaxın ətrafında istefa ərizəsi yazdığını və yaxın vaxtlarda bununla bağlı sərəncam veriləcəyini deyib.

Ombudsman aparatının mətbuat xidmətindən isə Modern.az-a verilən məlumatda bildirilib ki, yayılan xəbərlər həqiqəti əks etdirmir: “Xəbər doğru deyil. Elmira Süleymanova heç bir ərizə yazmayıb”.

Xatırladaq ki, Elmira Süleymanovanın 82 yaşı var. O, bu yaxınlarda jurnalistlərə açıqlamasında bildirib ki, istefası ilə bağlı ölkə prezidentinin sərəncamını gözləyir.


15.11.2019 10:17:00
Oxuma sayı: 32