Azərbaycan gəncləri dünyanın 52 ölkəsində doktorantura təhsili ala bilər - dövlət hesabına
Ölçü:


Nazirlər Kabieti “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində Azərbaycan Respublikası vətəndaşlarının nüfuzlu xarici ali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə təhsilinin maliyyələşdirilməsi Qaydaları”nı təsdiq edib.

Koordinat.az-ın mlumatına görə, Nazirlər Kabieti prezidentin 2018-ci il 16 noyabr tarixli sərəncamı ilə təsdiq edilmiş “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının icrasını təmin etmək məqsədilə bu Qaydanı təsdiqləyib.

“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xarici ali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə təhsil alan Azərbaycan Respublikası vətəndaşlarının aylıq xərc normalarında xarici universitetlərin aid olduğu ölkələrin siyahısı, həmin ölkələrdə təhsil müddətində yaşayış və tədris xərclərinin məbləği göstərilib. Bu siyahıya 52 ölkə daxildir və Azərbaycan hökuməti xaricdə doktorantura təhsili alan gənclərin təhsil xərclərinin maliyyələşdirməsini həmin qaydalar əsasında həyata keçirəcək.
15.11.2019 10:04:00
Oxuma sayı: 45