Məktəblilərin payız tətili başlayır
Ölçü:

Sabahdan Azərbaycanın orta məktəblərində payız tətili başlayır.

Koordinat.az xəbər verir ki, 2019-2020-ci tədris ilinin 5 günlük tətil noyabrın 16-dan 20-dək davam edəcək. Noyabrın 21-də dərs olacaq. Tədris ilinin 5 günlük qış tətili isə 2020-ci ilin yanvarın 27-də başlayacaq və 31-də bitəcək.

Qeyd edək ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin əmrinə əsasən ümumi təhsil müəssisələrində dərslər sentyabrın 15-də başlayıb və iyunun 14-də başa çatacaq. Tədris ilinin birinci yarımili 15 sentyabr - 26 yanvar, ikinci yarımili 1 fevral - 14 iyunu əhatə edir. Dərs ili ərzində beş gün payız tətili (16-20 noyabr), beş gün qış tətili (27-31 yanvar), ibtidai siniflər üçün beş günlük əlavə yaz tətili (1-5 may) olacaq.

Məktəbəhazırlıq qrupları üçün dərs ilinin I yarımili 1 oktyabr-26 yanvar, II yarımili 1 fevral-31 mayı əhatə edəcək. Dərs ili beş gün payız tətili (16-20 noyabr), beş gün qış tətili (27-31 yanvar), beş gün əlavə tətil (1-5 may) olacaq.

15.11.2019 09:56:00
Oxuma sayı: 43