Bakıdakı yanğında zəhərlənənlərin 5-i uşaqdır
Ölçü:


Səhiyyə Nazirliyi Bakının Xətai rayonunda baş vermiş yanğında xəsarət alanlarla bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən Koordinat.az-a verilən məlumata görə, Xətai rayonu Neapol küç. 29/42 m. 79 da mansardın yanması barədə məlumat təcili yardıma saat 01:48-də daxil olub. Hadisə yerinə 10 təcili tibbi yardım briqadası göndərilib. 5-i uşaq olmaqla 11 nəfər tüstüdən boğulma ehtimalı ilə Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə çatdırılıb. Xəstələrə lazımi tibbi yardım göstərilib və ambulator müalicəyə buraxılıblar.

Ötən gecə Bakı şəhəri, Xətai rayonunda Neapol küçəsi 16 ünvanında çoxmərtəbəli yaşayış binasında yanğın olub. Hadisə yerinə cəlb olunan FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri yanğını söndürüblər.

15.11.2019 09:47:00
Oxuma sayı: 180