Şahbaz Xuduoğlu: "Adım kimi əminəm..."
Ölçü:

"Qardaşım Əlövsət Əliyev alman polisi tərəfindən şübhəli şəxs qismində saxlanılıb".

Koordinat.az
-ın məlumatında görə, bunu "Qanun" nəşriyyatının direktoru Şahbaz Xuduoğlu Almaniyada qanunsuz miqrant daşınmasında adı hallanan qardaşı Əlövsət Əliyevlə bağlı danışarkən bildirib. O, qardaşının tez bir zamanda azad olunacağına inandığını deyib: "Əlövsət son dərəcə ağıllı və öz işini bilən adamdır. O, yardım istəyən hər bir azərbaycanlıya kömək etməyə çalışıb. Məsləhət verib. Çünki o hüquqşünasdır, eləcə də ictimai xadimdir. Adım kimi əminəm, o heç bir çirkin oyunun iştirakçısı deyil. O, hüquqazidd heç bir hərəkət edə bilməz".

O, alman hüquq mühafizə orqanlarının tez bir zamanda məsələni araşdıracağına və Əlövsət Əliyevi sərbəst buraxacaqlarına inandığını bildirib.

Qeyd edək ki, Almaniya polisi ölkənin Nidersaksen, Şlezviq-Holşteyn, Bremen, Şimali Reyn Vestfaliya, Bradenburq və Reynland-Pfalts əyalətlərində 38-dən çox ev və iş yerlərində yoxlama aparıb, miqrant alveri ilə məşğul olan azərbaycanlılardan ibarət dəstə saxlanılıb.

Məlumatlara görə, saxlanılan dəstədə “Legat” İnteqrasiya Mərkəzinin sədri Əlövsət Əliyev də var.

14.11.2019 20:53:00
Oxuma sayı: 37