İlham Əliyev Fələstin prezidentini təbrik edib
Ölçü:

Prezident İlham Əliyev Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasa təbrik ünvanlayıb.

Koordinat.az
xəbər verir ki, təbrikdə deyilir: "Hörmətli cənab Prezident,
Fələstin Dövlətinin milli bayramı münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Əminəm ki, Azərbaycan-Fələstin əlaqələri xalqlarımızın istək və iradəsinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, qardaş Fələstin xalqına əmin-amanlıq və firavanlıq diləyirəm".
14.11.2019 16:54:00
Oxuma sayı: 166