Azərbaycan ordusunun əsgəri həlak oldu
Ölçü:


Əsgər Məmmədov Sənan Hidayət oğlu döyüş növbətçiliyi qaydalarının kobud şəkildə pozulması nəticəsində həlak olub.

Koordinat.az xəbər verir ki, bu barədə yayılan məlumatları Müdafiə Nazirliyi təsdiq edib. Bildirilir ki, hazırda faktla bağlı Hərbi Prokurorluq tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, sosial şəbəkələrdə S.Məmmədovun doğulduğu Culfa rayonunda dəfninə dair videogörüntülər yayılıb və onun düşmənlə atışmada həlak olduğu barədə məlumatlar səsləndirilirdi.
 
15.01.2018 11:58:00
Oxuma sayı: 838