Lavrovdan işğalçı Ermənistana açıq dəstək: “Dağlıq Qarabağ xalqının razılığı olmadan heç bir razılaşma əldə olunmayacaq” bəyanatı Azərbaycana meydan oxumaqdır
Ölçü:

Ermənistanda səfərdə olan Rusiyanın Xarici işlər naziri Sergey Lavrov Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə münasibətdə işğalçı ölkə açıq dəstəyini nümayiş etdirib.

Koordinat.az xəbər verir ki, Sergey Lavrov İrəvanda “erməni soyqırımı” abidəsini ziyarət edib, abidənin önünə gül dəstəsi qoyub. Üstəlik o, 12 il əvvəl “soyqırım” abidəsi önündə əkdiyi ağacın dibinə su da töküb. Bütün bunları edən şəxs Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə çalışarmı?

Sergey Lavrov hətta bir qədər uzağa gedərək “Dağlıq Qarabağ xalqının razılığı olmadan heç bir razılaşma əldə olunmayacaq” deyə açıq bəyanat verməkdən də çəkinməyib. Politoloq Elxan Şahinoğlu mövzunu şərh edərkən deyib ki, Sergey Lavrovun “Dağlıq Qarabağ xalqının razılığı olmadan heç bir razılaşma əldə olunmayacaq” açıqlaması bir başqa səbəbdən də təhlükəlidir: "Aydındır ki, Lavrov “Dağlıq Qarabağ xalqı” dedikdə yalnız erməniləri nəzərdə tutur. Bu o deməkdir ki, Kreml Dağlıq Qarabağda etnik təmizləmənin nəticələrini tanıyır və işğala son qoymadan ermənilərin “özmüqədərratını təyinaetmə hüqununun” yekin sazişdə vurğulanmasını istəyir. Yəni faktiki ermənilər nə istəyirsə, Kreml də onu istəyir. Bu qədər sadə".

Politoloq deyib ki, ümumiyyətlə, Rusiya Xarici işlər nazirinin Ermənistana bu səfərinin məqsədləri sual doğruru: "Lavrov İrəvana niyə getmişdi? Lavrov İrəvana səfərinə sərgidən başladı, sonra ikitərəfli görüşləri oldu. Rusiyanın dünya ilə problemləri sonsuzdur, Lavrovun da boş vaxtı yoxdur. Belə isə Lavrovun İrəvana ikigünlük səfərinə nə ehtiyac var idi? Böyük ehtimalla Lavrov elə məlum cümləni - “Dağlıq Qarabağ xalqının razılığı olmadan heç bir razılaşma əldə olunmayacaq” demək üçün İrəvana getmişdi. O, bu cümləni Bakıda bizim üzümüzə deyə bilməzdi. Elə İrəvandan deyib ki, hamı işini bilsin".
11.11.2019 18:25:00
Oxuma sayı: 101