Azərbaycandan Sergey Lavrova cavab: "Yalnız bu halda..."
Ölçü:


"Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icması Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı təklif olunan hər hansı planın tərkib hissəsini təşkil edir".

Koordinat.az
xəbər verir ki, buni Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Rusiya Xarici İşlər naziri Sergey Lavrovun Yerevanda keçirilən mətbuat konfransı zamanı səsləndiriyi fikirlərə münasibət bildirərkən deyib. O, qeyd edib ki, yalnız bu bölgədən didərgin salınmış azərbaycanlıların Dağlıq Qarabağa qayıtması münaqişənin Azərbaycan Respublikasının sərhədləri daxilində bölgənin hər iki, azərbaycanlı və erməni icmalarının sülh və təhlükəsizlik şəraitində birgə yaşamasını nəzərdə tutan yüksək səviyyəli özünüidarəetmə statusu əsasında həlli üçün real imkanlar aça bilər. Bunun üçün isə ilk növbədə, münaqişənin həlli ilə bağlı substantiv danışıqlar aparılmalı və işğalçı Ermənistan hərbi qüvvələrini Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən və ətraf 7 rayonundan çıxarmalıdır.
11.11.2019 17:55:00
Oxuma sayı: 193