Sabah 23 dərəcə isti olacaq
Ölçü:


Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Koordinat.az-a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman olacaq. Gün ərzində mülayim cənub-qərb  küləyi əsəcək. Havanın temperaturu  gecə 10-14 dərəcə isti, gündüz  18-22 dərəcə isti, Bakıda gecə 12-14 dərəcə isti, gündüz  19-21 dərəc  isti təşkil edəcək.

Noyabrın 11-də Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb  küləyi əsəcək.  Havanın temperaturu gecə 6-11 dərəcə isti, gündüz  18-23 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə isti,  gündüz  13-18 dərəcə isti təşkil edəcək.
10.11.2019 12:41:00
Oxuma sayı: 34