MDB ölkələrində ən böyük işsizlik Azərbaycandadır - CƏDVƏL
Ölçü:


Bu il Azərbaycanda əvvəlki illə müqayisədə işsizlik səviyyəsi 213,2 faiz artıb.

Koordinat.az xəbər verir ki, bu barədə iqtisadçı ekspert Qubad İbadoğlu bildirib. O, Dövlət Statistika Komitəsinin (DSK) rəsmi məlumatlarına əsaslanaraq deyib ki, bu ilin yanvar-avqust aylarında məşğulluq xidməti orqanlarından rəsmi qeydiyyatdan keçmiş işsizlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 200,5 faiz artıb.

"Rəsmi məlumatlara görə, 2019-cu il oktyabr ayının 1-i vəziyyətinə məşğulluq xidməti orqanlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 74,1 min nəfər olub ki, onların 35,4 faizini qadınlar təşkil edib. Müqayisə üçün qeyd edim ki, 1 oktyabr 2018-ci il vəziyyətinə məşğulluq xidməti orqanları tərəfindən işsiz statusu verilmiş şəxslərin 34760 nəfər olub. Bu isə o deməkdir ki, Azərbaycanda ötən illə müqayisədə işsizlik səviyyəsi 213,2 faiz artıb" - deyə, Qubad İbadoğlu əlavə edib.


MDB ölkələrində işsizliyin artım tempi ilə aşağıdakı cədvəldə tanış olmaq olar:
10.11.2019 11:36:59
Oxuma sayı: 35