Bakı Dəmiryolu Vağzalında bayraq aksiyası - FOTOLAR
Ölçü:

"Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin gənc üzvləri 9 noyabr Bayraq Günü münasibətilə Bakı Dəmiryolu Vağzalında aksiya keçirib.

Koordinat.az xəbər verir ki, İctimai Birliyin gənc üzvləri tərəfindən sərnişinlərə Azərbaycan bayrağı paylanılıb. Eyni zamanda bayrağımızın yaranma tarixi, onun rənglərinin simvolikası haqqında müəyyən məlumatlar da sərnişinlərə çatdırılıb. Sərnişinlər bu orijinal təşəbbüsü maraqla və coşqu ilə qarşılayıb, aksiyanın təşkilatçılarına və gənclərə öz minnətdarlıqlarını bildiriblər.
10.11.2019 10:14:00
Oxuma sayı: 53