Mirşahin məşhur jurnalistlərlə yeni telekanal açır
Ölçü:


İki il əvvəl fəaliyyəti dayandırılan ANS-in vitse –prezidenti Mirşahin Ağayev yeni televiziya açır.

Koordinat.az xəbər verir ki, bu barədə  “Qafqazinfo” məlumat yayıb. Bildirilir ki,  Mirşahin komandasını tam formalaşdırıb. Onların arasında ANS-in tanınmış simaları Ləman Ələşrəfqızı başda olmaqla, Azadə Balayeva, Afət Telmanqızı da var. Kanal hələ ki, internet üzərindən yayımlanacaq. Ötən həftədən sınaq çəkilişlərinə start verilən TV-nin 10 günə ictimaiyyətə təqdim olunacağı bildirilir.

Televiziya fəaliyyətini ANS-in prezidenti Vahid Mustafayevlə bərabər həyata keçirən Mirşahinin yeni işində silahdaşı ilə birgə olub-olmaması barədə dəqiq məlumat yoxdur. İlkin məlumatlara görə, layihə Mirşahinə məxsusdur.

Məsələylə bağlı jurnalistdən açıqlama almaq mümkün olmayıb.
15.01.2018 09:51:00
Oxuma sayı: 826