Kreml: "Dağlıq Qarabağ münaqişəsinin nizamlanması Putinin diqqət mərkəzindədir"
Ölçü:


“Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı vasitəçilik səylərində aktiv rol oynamağa davam edir. Dağlıq Qarabağ münaqişəsi tərəflərinə yardım etmək Rusiya xarici siyasətinin prioritetlərinə daxildir və bu, Rusiya Prezidentinin diqqət mərkəzindədir”.

Koordinat.az
xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bu ölkənin Xarici İşlər naziri Sergey Lavrovun Ermənistana rəsmi səfəri öncəsi yaydığı məlumatda bildirilib. Məlumatda qeyd edilir ki, rəsmi Moskva münaqişənin nizamlanması istisnasız olaraq siyasi diplomatik vasitələrlə, tərəflər arasında dialoq yolu ilə  həyata keçirilməli olduğuna əmindir: "Güman edirik ki, siyasi iradə olduğu təqdirdə diplomatik səylər gec-tez irəli getməyə və kompromisə gəlməyə imkan verəcək. Öz tərəfimizdən Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına ATƏT-in Minsk qrupunun həmsədrliyinin tərkibində olduğu kimi, həm də Azərbaycan və Ermənistanla sıx münasibətlər nəzərə almaqla yardım edəcəyik".

09.11.2019 13:11:00
Oxuma sayı: 238