Elmar Məmmədyarov Türkiyədə işgüzar səfərdədir
Ölçü:


Azərbaycanın Xarici İşlər Naziri Elmar Məmmədyarov İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 24-cü iclasında iştirakı məqsədilə Türkiyə Respublikasında işgüzar səfərdədir.

Bu barədə Koordinat.az-a Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd edək ki, bu gün Antalyada Elmar Məmmədyarov başda olmaqla ölkəmizin geniştərkibli heyətinin iştirak edəcəyi İqtisadi Əməkdaşlıq Təşkilatı Nazirlər Şurasının 24-cü iclası keçiriləcək.

Katibliyi Tehran şəhərində yerləşən İƏT 1985-ci ildə Türkiyə, İran və Pakistan arasında iqtisadi, texniki və mədəni əməkdaşlığı möhkəmləndirmək məqsədilə təsis olunub.  Azərbaycan 1992-ci ildən İƏT-in üzvüdür və təşkilatda ən fəal ölkələrdəndir.
09.11.2019 11:36:00
Oxuma sayı: 21