Metropolitenin baş mühəndisi: "Sumqayıt, Şıxov, Ələt istiqamətinə metro çəkmək istəsək..."

Koordinat.az xəbər verir ki, bunu "Report"a açıqlamasında “Bakı Metropoliteni” QSC-nin baş mühəndisi Əlixan Osmanov deyib. Onun sözlərinə görə, gələcəkdə tikiləcək keçid stansiyaların hamısı ikimərtəbəli olacaq: “Gələcəkdə bizim bir neçə keçid stansiyalarımız olacaq ki, onların hamısı 2-3 mərtəbəli olacaq. Artıq “Həzi Aslanov” stansiyasında bunun bir qismini tikmişik və tikintini davam etdiririk. Həmçinin, “Mavi xətt”in tikintisinə başlayanda “Bənövşəyi xətt”in “B-3” stansiyası, bundan əlavə, “Sarı xətt”i tikəndə “B-4” stansiyasında da ikimərtəbəli stansiyalar olacaq”.
Əlixan Osmanov deyib ki, hazırda şəhərin Pirallahı, Mərdəkan və Cənub istiqamətində genişlənməsi gedir: "Biz nümunəni Moskvadan götürməliyik. Orada ildə 10-12 stansiya tikirlər. İlk olaraq stansiya tikilir sonra onun ətrafında mikrorayonlar salınır. Metro olan yerdə evi tikib satmaq daha asan olur. Amma təəssüf olsun ki, bizdə bu metod işləmir. Hərə bir parça torpaq alır, evi tikir. Onun nə suyu, nə qazı, nə yolu, nə də metrosu yoxdur”.
08.11.2019 11:19:00
Oxuma sayı: 118