Məşhur bloqqer Mehman Hüseynov bələdiyyə üzvlüyünə namizədliyini irəli sürüb - FOTO
Ölçü:

Tanınmış ictimai fəal, bloqqer Mehman Hüseynov bələdiyyə seçkilərində iştirak etmək üçün namizədliyini irəli sürüb.

Koordinat.az
-ın məlumatına görə, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. O, Qaraçuxur bələdiyyəsinə namizədliyini irəli sürüb və noyabrın 7-də 31 saylı Suraxanı İkinci Dairə Seçki Komissiyasından imza vərəqələrini götürüb.

M.Hüseynov sabahdan imzatoplama kampaniyasına başlayacağını da açıqlayıb. 31 saylı Suraxanı İkinci Dairə Seçki Komissiyasından "Report"a faktı təsdiqləyiblər.

Qeyd edək ki, 2019-cu il dekabrın 23-də Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək.
07.11.2019 19:42:00
Oxuma sayı: 183