Bələdiyyələrin dövlət büdcəsindəki payı artır - deputat yenə də narazıdır
Ölçü:

Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə bildirib ki, gələn ilin dövlət büdcəsinin müzakirəsi zamanı bələdiyyələr üçün nəzərdə tutulan vəsaitlərin məbləğinin həm əhalinin sayına uyğun olaraq müəyyənləşdirilməsini təklif edib.

Koordinat.az xəbər verir ki, o,  Milli Məclisin İnsan hüquqları, Regional məsələlər, Hüquq siyasəti və dövlət  quruculuğu, Beynəlxalq  münasibətlər və parlamentlərarası əlaqələr, Gənclər və idman komitələrinin birgə iclasındakı çıxışında gələn ilin büdcəsindən bələdiyyələrə ayrılan vəsaitin artdığını deyib. Amma komitə sədri bələdiyyələrin maliyyə mənbələrinin çox aşağı olduğuna da diqqət çəkib. Ölkəmizdə 1606 bələdiyyənin olduğunu deyən komitə sədrinin sözlərinə görə, bələdiyyələrə büdcədən vəsait ayrılarkən həmin ərazilərdə yaşayan əhalinin sayı nəzərə alınmır: "Yəni bələdiyyələrə eyni həcmdə vəsait verilir. Ona görə də bəzi bələdiyyələr çətinliklər yaşayırlar. Əgər dotasiyalar artırılarsa, bələdiyyələrin problemləri aradan qaldırıla bilər".

Müzakirələr yekunlaşdıqdan sonra Maliyyə naziri Samir Şərifov, İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova və Hesablama Palatasının sədri Vüqar Gülməmmədov səslənən sual və təklifləri cavablandırıblar.

Deputatlar “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin Milli Məclisin plenar iclasına tövsiyə olunmasına müsbət münasibət bildiriblər.

07.11.2019 17:07:00
Oxuma sayı: 778