Obmudsman ölkədə zorakılıq hallarının artmasından narahatdır
Ölçü:

Ölkədə zorakılıq qurbanları olmuş qadınlar üçün regional mərkəzlərin tikilməsinə ehtiyac var.

Koordinat.az xəbər verir ki, bunu İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanova Milli Məclisin İnsan hüquqları, Regional məsələlər, Hüquq siyasəti və dövlət  quruculuğu, Beynəlxalq  münasibətlər və parlamentlərarası əlaqələr, Gənclər və idman komitələrinin birgə iclasında bildirib. Ölkədə zorakılıq hallarının artmasından narahatlığını dilə gətirən ombudsman belə hallara qarşı mübarizə tədbirlərinin gücləndirilməsini, sosial çarxların, maarifləndirici proqramların  hazırlanmasın vacib sayıb. O, qeyd edib ki, ölkədə mövcud olan psixatriya mərkəzlərinin yenidən qurulması və yenilərinin tikilməsi, tələbə yataqxanalarının inşa olunması zərurəti yaranıb.

07.11.2019 16:56:00
Oxuma sayı: 226