Hesablama Palatası büdcə ilə bağlı 30 tövsiyə hazırlayıb
Ölçü:


2020-ci il dövlət büdcəsi layihəsi yeni vahid büdcə təsnifatına əsasən tərtib edilmiş ilk büdcədir.

Koordinat.az xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisdə növbəti il üçün nəzərdə tutulan büdcənin müzakirəsinə həsr olunmuş iclasda bildirib. O qeyd edib ki, gələn ildən qüvvədə olacaq təsnifat dövlət maliyyəsinin beynəlxalq metodologiyaya uyğunlaşması istiqamətində uğurlu addımlardan biridir. Onun sözlərinə görə növbəti il həm mərkəzləşmiş, həm də yerli gəlirlərdə artım proqnozlaşdırılır. Hesablama Palatası tərəfindən hazırlanan rəydə büdcə layihəsinin icrası ilə bağlı 30-a yaxın tövsiyə verilib.

Xatırladaq ki, 2020-ci ilin dövlət büdcəsinin gəlirləri 24 milyard 134 milyon manat təşkil edəcək. Gəlirlərin 10 milyard 605 milyon manatı, yəni 43,9 faizi qeyri-neft sektoru üzrə daxilolmaların, 13 milyard 530 milyon manatı, yəni 56,1 faizi isə neft gəlirlərinin payına düşəcək. Vergi orqanlarının xətti ilə büdcəyə 7 milyard 875 milyon manat, gömrük orqanlarının xətti ilə isə 4 milyard manat daxilolmalar proqnozlaşdırılır. Növbəti ildə Dövlət Neft Fondundan Dövlət Büdcəsinə 11 milyard 350 milyon manat transfer nəzərdə tutulur.  Büdcənin xərcləri isə 26 milyard 914 milyon manat təşkil edəcək. Xərclərin 17 milyard 276 milyon manatı cari xərclərə, 7 milyard 810 milyon manatı əsaslı xərclərə, 1 milyard 828 milyon manat dövlət borcuna xidmətlə bağlı xərclərə yönəldiləcək.
07.11.2019 16:48:00
Oxuma sayı: 17271