Bağlanmaq təhlükəsi ilə üzləşən banklar - SİYAHI
Ölçü:

İlin əvvəlində ekspertlər tərəfindən banklarda vəziyyətin pis olduğu, bəzi bankların bağlanmaq təhlükəsilə üz-üzə qaldığı açıqlansa da, cari ilin müavfiq dövrünədək bağlanan bank olmadı.

Koordinat.az xəbər verir ki, 2019-cu ilin 9 ayını Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarından “Accessbank” 90 milyon 501 manat, “Bank Melli İran”ın Bakı filialı 19 milyon 316 min manat, “Muğanbank” 8 milyon 254 min manat, “AG Bank” 2 milyon 283 min manat, “Nikoil Bank” 1 milyon 620 min manat, “Pakistan Milli Bank”ın Bakı filialı 297 min manat zərərlə başa vurub.

Bu ilin 9 ayının yekunlarına görə, “Beynəlxalq Bank” 322 milyon 987 min manat, “Kapital Bank” 99 milyon 654 min manat, “Unibank” 66 milyon 800 min manat, “PAŞA Bank” 64 milyon 596 min manat, “Bank of Baku” 32 milyon 276 min manat, “Expressbank” 25 milyon 590 min manat, “Xalq Bank” 24 milyon 518 min manat, “Bank Respublik” 15 milyon 600 min manat, “Premium Bank” 11 milyon 82 min manat, “Rabitəbank” 7 milyon 621 min manat, “Azərbaycan Sənaye Bankı” 6 milyon 646 min manat, “Bank VTB Azərbaycan” 6 milyon 363 min manat, “Naxçıvanbak” 4 milyon 404 min manat, “Bank BTB”  3 milyon 999 min manat, “Yapı Kredi Bank” 3 milyon 773 min manat, “Ziraat Bank Azərbaycan” 3 milyon 8 min manat, “Günaybank” 1 milyon 11 min manat, “Azər Türk Bank” 672 min manat, “Turanbank” 329 min manat, “Ata Bank” 22 min manat, “NBC Bank” 112 min manat mənfəət əldə edib. “Amrahbank” isə nə mənfəəti, nə də zərəri barədə hesabatı açıqlamayıb.

 
07.11.2019 15:12:00
Oxuma sayı: 37