Azərbaycanın ən passiv 7 bankı - SİYAHI
Ölçü:


Azərbaycanda ən passiv banklar məlum olub.

Koordinat.az
2019-cu ilin 3-cü rübünün nəticələrinə əsasən xəbər verir ki, bunlar "Pakistan Milli Bank"nın Bakı filialı,"Bank Melli İran"ın Bakı filialı, "Bank Avrasiya", "Turanbank", "Ziraat Bank Azərbaycan", “Naxçıvanbank” və "NBC Bank"dır.

Adları qeyd edilən banklar qeyri-faiz gəlirlərinə görə, bankların renkinqində axırıncı yerləri tuturlar.  Renkinqdən məlum olur ki, cari ilin 9 ayının nəticələrinə görə, "Pakistan Milli Bank"nın Bakı filialının qeyri-faiz gəlirləri isə cəmi 12 min manat, "Bank Melli İran"ın Bakı fililının qeyri-faiz gəlirləri 127 min manat, "Bank Avrasiya"nın qeyri-faiz  gəlirləri  1 milyon  242 min manat, "Turanbank"ın qeyri-faiz gəlirləri 2 milyon 688 min manat, "Ziraat Bank Azərbaycan"nın qeyri-faiz  gəlirləri  2 milyon 761 min manat, "Naxçıvanbank"ın qeyri-faiz gəlirləri 2 milyon 874 min manat, "NBC Bank"ın qeyri-faiz gəlirləri isə 3 milyon 26 min manat təşkil edir.

Qeyd edək ki, bankın qeyri-faiz  gəlirləri əsasən  valyuta mübadiləsi,  hesablarla əməliyyatlar,  pul köçürmələri və  sair əməliyyatardan  tutulan komissiya haqlarından formalaşır.

Qeyri-faiz gəlirlərinin azalması bu sahədə bankların xidmətlərinin və ya bu xidmətlə əməliyyatların  məhdud olmasının  göstəricisidir.  Başqa sözlə, qeyri-faiz  gəlirləri bankların müştərilərlə  nə qədər aktiv işlədiyini və  kreditdən başqa xidmət  göstərdiyi sahələrdən nə qədər  qazanc götürdüyünü göstərir.

Son illər kredit bazarında aktivliyin aşağı olması bankların faiz gəlirlərinə təsir etdiyi üçün, bankların əksəriyyəti yeni xidmətlər hesabına qeyri-faiz gəlirlərini artırmağa çalışırlar (Fed.az).

07.11.2019 12:22:00
Oxuma sayı: 44