“Azərsu” sədri yolların qazılması ilə bağlı narazılıqlardan danışdı
Ölçü:

“Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov rəhbərlik etdiyi qurum tərəfindən qəza vaxtı boruları təmir etmək üçün yolların qazılması ilə bağlı yararan narazılıqlara münasibət bildirib.

Koordinat.az-ın məlumatına görə, Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahında keçirilən ənənəvi mətbuat konfransında qurum sədri bildirib ki, bir qəza olursa, mütləq həmin yer qazılmalı və təmir işləri aparılmalıdır: "Amma "Azərsu" yolu qazdı, təmir etmədi və getdi" fikri düzgün yanaşma deyil. Bir qəza olursa, mütləq oranı qazmalıyıq. Bizim qurumun asfalt təsərrüfatı yoxdur. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ilə müqaviləmiz var. Biz 2-3 kvadratmetr yol qazırıq, sonra onun bərpası üçün bir neçə gün vaxt lazım olur. AAYDA-nın o imkanı yoxdur ki, biz deyən kimi gəlib ərazini düzəltsin. Amma biz ərazinin bərpası üçün vaxtın minimuma endirilməsi ilə bağlı işlər görürük. Artıq AAYDA da bu işlərin həyata keçirməsi üçün lokal qurğular alıb".
07.11.2019 12:13:00
Oxuma sayı: 19