Qorxmaz Hüseynov: "Abşeronun yarımadasında fasiləsiz su təminatı 81,5 faizə çatıb"
Ölçü:


"Abşeron yarımadasında fasiləsiz su təminatı ilə bağlı böyük işlər həyata keçirilib. Artıq yarımadada fasiləsiz su təminatı göstəricisi 30%-dən 81,5%-ə çatdırılıb".

Koordinat.az xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahında keçirilən ənənəvi mətbuat konfransında “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov bildirib. Onun sözlərinə görə, 27 qəsəbədə, 40 ünvanda fasiləsiz su təminatı ilə bağlı layihələr həyata keçirilib. Bunun üçün isə 270 km yeni su xətti çəkilib: “Abşeronun çoxlu sayda dayanıqlı su mənbələri var. Əsas ağırlıq sutəmizləyici qurğular üzərindədir".
07.11.2019 11:59:00
Oxuma sayı: 17