Ordumuz daha bir şəhid verdi - FOTO
Ölçü:


Sosial şəbəkələrdə Dövlət Sərhəd xidmətinin əsgəri Babək Vəli oğlu Aslanovun dünən gecə saatlarında cəbhənin Qazax istiqamətində şəhid olduğu barədə xəbər yayılıb.

Koordinat.az bildirir ki, yayılan məlumata görə artıq bu barədə şəhidin ailəsinə də xəbər verilib. Bildirilir ki, Xaçmaz rayonundan olan Babək Aslanovun cənazəsi bu gün doğulduğu kəndə gətiriləcək.

Məlumat rəsmi təsdiqini tapıb. Xaçmaz Rayon İcra Hakimiyyətindən İctimaiyyətlə əlaqələr departamentinin aparıcı məsləhətçisi Yaqut Məsimova Modern.az-a açıqlamasında deyib ki, Babək Aslanov dünən şəhid olub. Onun sözlərinə görə, hazırda cənazə dəfn olunmaq üçün Xaçmaz rayonunun Mollabürhan kəndinə gətirilir.

Allah rəhmət eləsin!

07.11.2019 11:33:00
Oxuma sayı: 17