Mehriban Əliyeva Azərbaycan neftçilərini təbrik etdi
Ölçü:

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva "Neft Daşları"nın 70 illiyi ilə əlaqədar neftçilərimizi təbrik edib.

Koordinat.az-ın məlumatına görə, Birinci vitse-prezident özünün feysbuk hesabında yazıb:

"Bu gün əfsanəvi «Neft Daşları»nın 70 illiyi qeyd olunur. 1949-cu ilin məhz bu günündə neftçilərimiz dünyada ilk dəfə olaraq Azərbaycanda açıq dənizdə neft hasil edərək, nəinki ölkəmizin, eləcə də bütün dünyanın neft salnaməsinə parlaq səhifələr yazmışlar. Bu əlamətdar hadisənin yubileyi münasibətilə bütün Azərbaycan neftçilərini təbrik edir, hər birinizə uğurlar və yeni-yeni nailiyyətlər arzulayıram!"
07.11.2019 09:39:08
Oxuma sayı: 22