ATƏT sədri həmsədrlərlə görüşdü
Ölçü:


ATƏT-in fəaliyyətdə olan sədri Miroslav Layçak Minsk Qrupunun həmsədrləri ilə görüşüb.

Koordinat.az
ATƏT-ə sədrlik edən Slovakiya Xarici İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edib. Görüşdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son hadisələr və münaqişənin həlli perspektivləri müzakirə edilib.

Görüşdən sonra M.Layçak bildirib ki, Minsk Qrupunun həmsədrləri tərəflərlə birlikdə gərginliyin azaldılması və barışığa şərait yaradan gələcək tədbirlər barədə müzakirələri davam etdirirlər.

Qeyd edək ki, görüşdə, həmçinin dekabrın 5-6-da Slovakiyanın paytaxtı Bratislavada keçiriləcək ATƏT-in Xarici İşlər Nazirləri Şurasına hazırlıq müzakirə edilib.

06.11.2019 22:20:00
Oxuma sayı: 18