Azərbaycanda 23, 28, 30 ildir icra başçısı işləyənlər var SİYAHI
Ölçü:

Son günlərdə Prezident İlham Əliyev tərəfindən bir sıra sahələrdə struktur və kadr islahatları aparılır. O cümlədən rayon icra hakimiyyətlərinə də gənc kadrlar təyin edilir. Yevlaxa 38 yaşlı Tağıyev Anar Aqil oğlunun, Xaçmaza isə 39 yaşlı Rzayev Elnur Şahbaz oğlunun təyin edilməsi buna nümunədir.

Koordinat.az xatırladır ki, prezident yeni icra başçılarını qəbul edərkən islahatların davam edəcəyini bildirmişdi. İlham Əliyev gəncləşmənin təkcə yaş məsələsində deyil, həm də təfəkkürdə olmasını da xüsusilə vurğulayıb.

Məlum məsələdir ki, bir sıra rayonlarda icra başçılarından mediada çoxsaylı şikayətlər yazılıb. Bu məsələyə Prezident də toxunmuşdu. O qeyd etmişdi ki, rayonlarda baş verənlərlə bağlı bir çox hallarda ona icra başçıları tərəfində yalan məlumatlar çatdırılır:

“Bir çox hallarda rayonlardan gələn məlumat belədir ki, hər şey əladır, hər şey yaxşıdır, biz burada bütün işləri ən yüksək səviyyədə qururuq. Amma dərindən baxanda görürsən belə deyil, bəzi icra başçıları tərəfindən yalan məlumatlar ötürülür. Özlərini göstərmək, yaxud da ki, nöqsanlarını ört-basdır etmək üçün yalan raportlar verilir, rayonların inkişafı ilə bağlı, mövcud problemlərlə bağlı həqiqəti əks etdirməyən məlumatlar verilir. Ona görə mən də rayonlara tez-tez gedirəm ki, o problemləri xalqın dilindən eşidim. Biz bu problemləri həll etməliyik. Əgər kimsə problemləri malalamaq istəyirsə, səhv yoldadır”.

İlham Əliyev məhz bunları nəzərə alaraq icra hakimiyyətlərində islahatları sürətləndirib və prosesin davam edəcəyi gözlənilir.

Bəs görəsən uzun müddətdir icra hakimiyyətlərində yüksək vəzifə tutan və ya illərdir icra başçısı postunda olanlar kimlərdir?

BAKU.WS-ə istinadən həmin siyahını oxuculara təqdim edirik:
06.11.2019 12:57:00
Oxuma sayı: 25